Gürcüstanın şərqində yerləşən Qori şəhərində prezident Mixail Saakaşvilin liderlik etdiyi keçmiş hakim partiyanın – “Vahid Milli Hərəkat”ın qərargahı qarət olunub.
APA-nın “Qruziə Online”a istinadən verdiyi xəbərə görə, ofisdən televizor, videokamera və notebook oğurlanıb.
Polis artıq yerli sakin olan oğrunuyaxalayıb. Oğurlanmış əşyalar onun evindən tapılıb. Saxlanılan şəxs təqsirini etiraf edib.