Sabiq prezident Mixail Saakaşvili aclıq elan etdiyi müəyyən dövrdə qida əlavəsi qəbul etməyə başlayıb.
Bu sözləri Penitensiar Xidmətin rəhbəri Nika Çxvaraşvili deyib.
O bildirib ki, Saakaşvili həmçinin konkret təyinat üzrə şirə də qəbul edib.
"O, məhz bunların hesabına indiyədək dözə bilib. O, o cür vəziyyətdə olan (aclıq edən – red.) insan üçün lazım olan bütün əlavələri alır”, - Çxvaraşvili deyib.
Saakaşvilinin kamerasından "yemək yediyi barədə” videonun yayılmasına gəlincə, xidmət rəhbəri bildirib ki, məsələ müzakirə edilir.
Qeyd edək ki, Saakaşvili 37-ci gündür aclıq edir. Bundan öncə ədliyyə naziri Rati Breqadze onun sıyıq yediyini bildirmişdi. Amma vəkillər və Saakaşvili özü bunu təkzib etmişdi.
Az öncə isə onun şirə və daha nələrsə qəbul etdiyini əks etdirən görüntülər yayılıb. Görüntülərdə "qida əlavəsi kimi” Saakaşvilinin nə qəbul etdiyi bəlli deyil.
Rusiya mediası bunu Saakaşvilinin yemək yeməsi kimi tirajlayıb./Axar.az
<iframe width="650" height="415" src="https://www.youtube.com/embed/whYPmhzvXv0" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">