
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynada yaradılacaq Dövlət Müəssisələrində İslahatlara Nəzarət Şurasına rəhbərlik edəcək.
Bu barədə Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abramaviçus məlumta verib: “İslahatlara Nəzarət Şurasını yaradırıq. Bu, dövlət idarəçiliyi və islahatlar sahəsində geniş təcrübəyə malik ekspertlər qrupudur. Onlar Ukraynanı, onun qarşısında duran çağırışları yaxşı bilirlər”.
Nazir bildirib ki, Şura dövlət müəssisələrində effektivliyin artırılmasına nəzarət edəcək. Qurumun səlahiyyətlərinə idarəetmə strukturunda islahatın aparılması, özəlləşdirmə və audit işləri də daxildir.
Qaynar.info