Xəbər lenti

Saat 17:00-a olan seçici fəallığı açıqlandı (YENİLƏNİB)
Siyasət10:35 29.01.2025

Saat 17:00-a olan seçici fəallığı açıqlandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
"Report”un məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 715 min 291 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 28,77 faiz olub.
 15:45
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
"Report”un məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub.
12:42
 
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
"Report”un məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin vaxta qədər respublika üzrə 1 milyon 20 min 231 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 17,11 faiz olub.
 
 10:35
Respublika üzrə 499 575 nəfər səs verib.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkilərində saat 10:00-a olan aktivliyi açıqlayarkən deyib.
O qeyd edib ki, ortalama seçici fəallığı 8,38 faiz olub.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.