Xəbər lenti

Sabah AAAF Parkda dünya çempionatı keçiriləcək
İdman08:20 11.11.2014

Sabah AAAF Parkda dünya çempionatı keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabr ayının sonlarında mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

Yarış iştirakçılarının müəyyənləşdirilməsi üçün klub rəhbərliyi tərəfindən seçmə mərhələ təşkil olunub. Artıq bu yarışlar başa çatmaq üzrədir. Türkiyənin Ankara şəhərində start götürən seçmələr sabah – noyabrın 12-də Xırdalandakı AAAF Park Yaşayış Kompleksində sona yetəcəkdir. Məhz sabah Abşeron zonasında yerləşən klub filiallarının təsnifat yarışı keçiriləcək.

AAAF Park-ın yeni yarış zalında baş tutacaq bu maraqlı mübarizəni izləmək üçün hamı dəvətlidir. Giriş pulsuzdur.

Qaynar.info