Xəbər lenti

"Sabah" Antalyada ilk yoxlama matçını keçirdi
İdman15:20 15.01.2022

"Sabah" Antalyada ilk yoxlama matçını keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən "Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Bakı klubu Macarıstanın yüksək liqa təmsilçisi "Pakş”la qarşılaşıb. "Titanik Deluxe Football Center”də baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində 29-cu dəqiqədə Xulio Rodriqes fərqlənib. 
Baş məşqçi Murad Musayevin start heyəti aşağıdakı futbolçulardan ibarət olub:
94. Yusif İmanov, 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 3. Zurab Oçiqava, 14. Slavik Alxasov, 4. Elvin Camalov, 17. Xuan Kamara, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 9. Xulio Rodriqes.
Səbuhi Həsənov