Xəbər lenti

Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək - Proqnozlar Bürosu
Ölkə12:52 30.03.2017

Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək - Proqnozlar Bürosu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mart ayının 31-də ölkə ərazisində əsəcək güclü külək aprel ayının 1-də zəifləyəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək: “Aprel ayının 1-də səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”.

Qaynar.Az