Xəbər lenti

Sabah Böyük Britaniyanın yeni Baş nazirinin adı məlum olacaq
Dünya10:38 04.09.2022

Sabah Böyük Britaniyanın yeni Baş nazirinin adı məlum olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cümə günü, sentyabrın 2-də Böyük Britaniyada istefa vermiş Boris Consonu əvəz edəcək Mühafizəkarlar Partiyasının yeni lideri və Baş nazir postu üçün səsvermə başa çatıb.
Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.
Britaniyanın yeni Baş nazirinin adı bazar ertəsi, sentyabrın 5-də məlum olacaq. Qalib kraliça tərəfindən rəsmi olaraq təyin edildikdən sonra çərşənbə axşamı vəzifəsinin icrasına başlayacaq.
Sonra Britaniyanın yeni lideri Nazirlər Kabinetini formalaşdırmağa başlayacaq.
BBC mühafizəkarların sorğularına istinadən bildirir ki, hazırkı xarici işlər naziri Liz Trass Baş nazirlik uğrunda mübarizədə "aşkar favorit"dir. Trass partiya üzvləri arasında daha çox dəstəyə malikdir, onun rəqibi, keçmiş Maliyyə naziri Rişi Sunak isə dəstəyi daha çox mühafizəkar deputatlardan alıb. 
Bukmeker kontorları da öz növbəsində Trassın qələbəsini 95%, Sunakınkını isə 5% qiymətləndirir. 
Xatırladaq ki, iyulun 7-də Boris Conson Britaniyanın baş naziri vəzifəsindən getdiyini açıqlayıb. Qərar hökumətdə Kris Pinçer qalmaqalının səbəb olduğu bir sıra istefalardan sonra verilib.
Eyni zamanda Britaniya parlamentinin üzvləri Conson hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməyiblər.
Daha sonra Britaniyada yeni Baş nazir postu üçün səsvermə başlayıb. Əvvəlcə müsabiqədə 11 namizəd iştirak edib, lakin finala iki siyasətçi - Rişi Sunak və Liz Trass çata blib.
Nizami Bağırov