Xəbər lenti

Sabah Brüsseldə İlham Əliyevlə NATO-nun Baş katibi arasında görüş olacaq
Siyasət12:42 13.12.2021

Sabah Brüsseldə İlham Əliyevlə NATO-nun Baş katibi arasında görüş olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Qaynarinfo xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.
Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.
Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.
Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.