İdman 17:07 25.05.2022

"Sabah" daha bir legionerlə yolunu ayırdı

"Sabah” daha bir futbolçusu ilə vidalaşıb.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik Xulio Rodriqeslə yollarını ayırıb. Paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. 

Xulio 2020-ci ilin yanvar ayından "Sabah”da çıxış edirdi.

Buna qədər "Sabah" Slavik Alxasov və Şpiro Periçiçi də göndərmişdi.

Səbuhi Həsənov