Sabah Şimali və Cənubi Koreya liderləri bir araya gələcək.
Qaynarinfo xəbər verir ki, Kim Çen İn və Mun Çey İn arasında keçiriləcək görüş 1953-cü ildən bəri iki ölkə liderinin ilk qarşılaşması olacaq.
25 iyun 1950-ci ildən bəri başlayan müharibədən sonra hələ də rəsmi sülh müqaviləsi imzalanmayıb, buna görə də Şimal və Cənub müharibə vəziyyətində hesab edilir.
Görüş sabah gecə saatlarında Şimali və Cənubi Koreya arasındakı sərhədsiz bölgədə yerləşən "Panmunjom" kəndindəki "Sülh Evi"ndə reallaşacaq.
Görüşün detalları məlum olandan sonra koreyalılar küçələrə toplaşıb və sülh mesajları veriblər.