Xəbər lenti

Sabah Türkiyə seçəcək
Dünya13:20 09.08.2014

Sabah Türkiyə seçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər seçici vardır. Avqustun 9-da yerli vaxtla saat 18.00-dan başlayaraq bir gün ərzində ölkənin media qurumları seçkilərlə bağlı təbliğat-təşviqat işlərini dayandırılacaqdır.

Seçkilərin ilkin nəticəsi avqustun 15-də elan olunacaqdır. Əgər namizədlərdən heç biri yetərli sayda səs toplaya bilməzsə səsvermənin ikinci turu avqustun 24-də keçiriləcəkdir.

Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində keçirilən səsvermə avqustun 4-də başa çatıb. Ölkənin gömrük - keçid məntəqələrində keçirilən səsvermə isə avqustun 10-da səhər saatları yekunlaşacaqdır.