ABŞ prezidenti Donald Tramp özünü tərifləyərək bildirib ki, o, Rusiya Federasiyasına Ukrayna torpaqlarının heç bir hissəsini verməyib.
Qaynarinfo xəbər verir ki, o, bu açıqlamanı öz sosial şəbəkəsi Truth Social-da yayıb.
"Ukraynanın heç bir torpaq parçasını Putin Rusiyasına verməyən yeganə prezident Donald J. Trampdır. Zəif və səmərəsiz demokratlar tənqid edəndə və saxta media onların hər sözünü həvəslə yayanda bunu yadınıza salın!" – deyə Tramp yazıb.
Bundan az sonra o, daha bir qısa paylaşım edib:
"Sabahkı axşam vacib olacaq. Hər şeyi olduğu kimi deyəcəyəm!"
Lakin bu ikinci paylaşımın Ukrayna ilə bağlı olub-olmadığı, yoxsa ABŞ-ın daxili siyasətinə aid olduğu bəlli deyil.
Alpər
Şərhlər