Xəbər lenti

Sabiq baş nazir cinayətdə ittiham olunur
Dünya16:59 24.06.2013

Sabiq baş nazir cinayətdə ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın həbsdə olan keçmiş baş naziri Merabishviliyə rəsmi ittiham irəli sürülüb.

O, 2006-cı ildə tanınmış bankir Girgvilianinin ölümünün istintaqını əngəlləyərək bu qətli ört-basdır etməkdə ittiham olunur.

Hazırda prezident Saakashvilinin Birləşmiş Milli Hərəkatının baş katibi olan Merabishvili keçən ay hakimiyyətdən sui-istifadə, dövlət malını mənimsəmə, seçiciləri pulla satın alma ittihamları ilə həbs olunub.

O, ittihamları siyasi motivli adlandırır (azadliq.org).

Qaynar.info