Xəbər lenti

Sabiq baş nazir həyat yoldaşına görə 4 il azadlıqdan məhrum edildi
Dünya05:44 10.05.2022

Sabiq baş nazir həyat yoldaşına görə 4 il azadlıqdan məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın keçmiş baş naziri Fransua Fiyon həyat yoldaşını saxta işədüzəltməyə görə bir il həbsxanada keçirməklə, ümumilikdə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 
Qaynarinfo xəbər verir ki, TASS bu barədə Paris Apellyasiya Məhkəməsinin qərarına istinad edən BMF telekanalına istinadən məlumat yayıb.
Onun həyat yoldaşı Penelope Fiyon məhkəmənin hökmü ilə iki il şərti həbs cəza alıb.
Həmin vaxt Fransa mərkəz sağçıların aparıcı siması olan Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Həftəlik "Le Canard enchaîné” qəzeti keçmiş baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının heç bir iş görmədən deputat köməkçisi olaraq 8 il maaş aldığını iddia edib. Əvvəlcə Penelopa Fiyonu bu vəzifəyə Milli Assambleyanın (respublika parlamentinin aşağı palatası) deputatı kimi siyasətçinin özü təyin etmişdi. Fiyon baş nazir təyin edildikdən sonra onun həyat yoldaşı Mark Julo tərəfindən yenidən deputat köməkçisi kimi qeydə alınıb. 2021-ci ilin iyununda Paris İslah Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib, iki ili həbsxanada çəkməklə ona beş il həbs cəzası verib. Ötən il noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi bu iş üzrə eks baş nazir və onun həyat yoldaşının apellyasiya şikayətinə baxmağa başlayıb.
Xatırladaq ki, Fransua Fiyon Rusiya örezidenti Vladimir Putinlə dost münasibətində olduğu bildirilir. O, 2021-ci ildə "Sibur” və Rusiya hökümətinə məxsus "Zarubejneft” şirkətlərinin Direktorlar Şurasının üzvü seçilib. Rusiyanın Ukraynaya qarşı işğalı başlayanda 25 fevralda Fransanın keçmiş Baş naziri Rusiyadakı vəziflərindən istefa verib.
Nizami Bağırov