"Bu, tamamilə doğrudur. İndi ukraynalılar möhkəm dayanıb, heç kim siyasətçilərə təslim olmağa və Putinin bütün ultimatumlarını yerinə yetirməyə imkan verməyəcək. Ukraynada heç kim bunu qəbul etməyəcək".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko deyib.
Keçmiş baş nazir bildirib ki, Ukrayna səmasının bağlanması insanlar üçün həyat deməkdir: İstəyirəm hamınız biləsiniz ki, Ukrayna səmasının bağlanması qələbə ilə sinonimdir. Səmanın uçuş üçün qapalı zona elan edilməsi ukraynalıları qorumaqla sinonimdir. Uşaqlar ölmək istəmir, ailələrimiz ölmək istəmir. Bağlanmış səma isə Ukrayna və ailələrimiz üçün həyat deməkdir".
Timoşenko NATO liderlərini Putindən qorxmamağa çağırıb: "Qorxu Putinin silahıdır. NATO liderləri şərlə üzləşəndə qorxmamalıdır. Bu qorxunu belə izah etmək olar: Ukraynanın səmasını bağlamaqda iştirak edəcək ölkələr ilk olaraq öz ərazilərində zərbə alacaq. Onlar məhz bundan qorxur. Amma bizə qarşı döyüşən ordunun vəziyətinə baxın. Nə üçün döyüşdüyünü bilməyən, öldürmək üçün göndərilən ixtisaslaşmış dəstələr olsa da, ordunun əksəriyyəti ruhdan düşür".
"Bir anda o (Putin -red.) belə qərara gəldi ki, Ukraynanın Rusiyada tarixi kökləri var. Bu, tamamilə uydurmadır. Düşünürəm ki, Putin SSRİ-ni bərpa etməyə çalışır. Amma bu utopiyadır. Mümkün olmayan ambissiyadır. Ukrayna indi bunu göstərir. Beləliklə, dünyanın taleyi burda həll olunacaq", - deyə Timoşenko əlavə edib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/htRLJIN9d3c" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">