
Yuliya Timoşenkodan Ukrayna prezidentinə müraciət
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezident Viktor Yanukoviçə müraciət edərək, qərarını dəyişməyə dəvət edib.
Qaynar.info avropa.info-ya istinadən xəbər verir ki, Y.Timoşenko Yanukoviçə müraciət edərək Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclasını çağırıb. Sabiq baş nazir təklif edib ki, bu iclasda Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı saziş məsələsinə baxılsin və yenidən saziş imzalanması barədə qərar qəbul edilsin.
Timoşenkonun müraciətində o da qeyd edilir ki, əgər belə bir qərar verilərsə, o zaman bütün Avropa liderlərinə müraciət edəcək ki, hər hansı öhdəlik yerinə yetirilməsini tələb etmədən sənədi qəbul etsinlər.
Məsələ ilə bağlı Timoşenko Yanukoviçə bir neçə tövsiyə verib. "Siz həyatınızda ən böyük səhvlərdən birini etmiş olursunuz", - deyə Timoşenkonun müraciətində qeyd olunur.
Qaynar.info