Yaponiyada parlamentin Yuxarı Palatasına aralıq aeçkiləri keçirilir.
Qaynarinfo bu barədə DW-yə istinadən xəbər
verir.
Proqnozlara görə, aeçki Yaponiyada güc balansını dəyişməyəcək. Lakin bu baş nazir Fumio Kişida hökuməti üçün sınaq kimi qiymətləndirilir.
Sorğulara görə, Yaponiyanın baş naziri Liberal Demokrat Partiyası ilə müttəfiqi Komito arasında koalisiyanı davam etdirmək üçün tam qələbəyə ümid edə bilər.
İndiyədək hər iki partiya həm Yuxarı Palatada, həm də Nümayəndələr Palatasında çoxluğa sahib idi.
Qeyd edək ki, iki gün öncə Yaponiyanın sabiq baş nazri Şonzo Abe qətlə yetirilib. Abe hazırkı Yaponiya hökumətinin tərəfdarlarından biri idi.
M.Arif