Xəbər lenti

Sabiq maliyyə naziri Fransada həbs olundu
Dünya10:40 06.07.2013

Sabiq maliyyə naziri Fransada həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva vilayəti hökumətinin sabiq maliyyə naziri Aleksey Kuznetsov Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında Fransada saxlanıb.

APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin saytında yayımlanan məlumata görə, Kuznetsov Moskva vilayəti büdcəsinə 3,5 milyard rubl zərər vurmaqda ittiham olunur. Ötən ilin noyabrından beynəlxalq axtarışda olan sabiq maliyyə nazirinə qarşı “Dələduzluq” və “Cinayət nəticəsində əldə olunmuş pulların leqallaşdırılması” və “İsrafçılıq” maddələri ilə cinayət işi başlanıb.

Qaynar.info