İsrailin keçmiş enerji və infrastruktur naziri Gonen Segevə 11 il həbs cəzası verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sabiq nazir çalışdığı müddətdə İran lehinə cəsusluq etməkdə ittiham olunub.
Qeyd edək ki, Gonen Segev 1995-1996-cı illərdə İsrailin enerji və infrastruktur naziri olub.