Xəbər lenti

Sabiq nazirə ağır cəza
Dünya06:43 08.07.2013

Sabiq nazirə ağır cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində sabiq nazirə ölüm hökmü verilib.

ANS PRESS-in "Assoşeyted Press"-ə istinadən verdiyi məlumata görə, ölkənin sabiq dəmiryol nəqliyyatı naziri Lyu Çji-çzyun korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək, edam cəzası alıb.

Sabiq dəmiryol nəqliyyat naziri külli miqdarda rüşvət götürməkdə və öz tanışları üçün sərfəli müqavilələr təmin etməkdə günahlandırılıb.

Qeyd edək ki, ötən il Lyu Çji-çzyun tutduğu vəzifəsindən kənarlaşdırılmış və Çinin Kommunist Partiyası sıralarından çıxarılmışdı.Çji-çzyun həmçinin 2011-ci ildə Çində sərnişin qatarlarının toqquşması nəticəsində 40 nəfər öldükdən sonra da sərt tənqidlərə məruz qalmışdı.

Qaynar.info