Xəbər lenti

Sabiq prezident cinsi zorakılıqda ittiham edilir
Dünya13:13 06.02.2019

Sabiq prezident cinsi zorakılıqda ittiham edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kosta Rikanın sabiq prezidenti Oskar Arias Sançez cinsi zorakılıqda ittiham edilir.
Qaynarinfo xəbər verir ki, 1986-1990 və 2006-2010-cu illərdə ölkəyə rəhbərlik etmiş Sançezin 2014-cü ildə bir qadına qarşı cinsi zorakılıq etdiyi iddia olunub. Aleksandra Arke von Herold adlı qadın 78 yaşlı sabiq prezidenti məhkəməyə verib. Hadisə nüvə silahı əleyhinə nümayişdən əvvəl Aleksandranın Oskar Ariasın evində keçirdiyi görüş zamanı baş verib. 
Qeyd edək ki, Nobel mükafatçısı Oskar Arias Sançez bu iddiaları rədd edib və heç bir qadına qarşı belə hörmətsizlik etmədiyini bildirib.
Gülşən