Xəbər lenti

Sabiq prezident həbsxanadan qaçdı (FOTO)
Dünya19:24 23.04.2023

Sabiq prezident həbsxanadan qaçdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sudanın paytaxtı Xartumda ölkənin devrilmiş prezidenti Ömər əl-Bəşir həbsxanadan qaçıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Araby” agentliyi məlumat yayıb.
"Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Xartumun şimalındakı Koper həbsxanasından çoxlu sayda məhbusun müşayiəti ilə qaçıb", - məlumatda deyilir.
Qeyd edək ki, Ömər Həsən Əhməd əl-Bəşir hərbçi və dövlət xadimi, Sudanın keçmiş prezidentidir. O, 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib, 30 ildən çox bu vəzifədə olub. Əl-Bəşir 2019-cu ilin aprelində Sudanda baş vermiş dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.