Xəbər lenti

Sabiq prezident narkobarondan 100 milyon dollar rüşvət alıb
Dünya11:58 16.01.2019

Sabiq prezident narkobarondan 100 milyon dollar rüşvət alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikanın sabiq prezidenti Pena Nieto "El Chapo" ləqəbli narkobaron Xoakin Quzmandan 100 milyon dollar rüşvət alıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Quzmanın yaxın adamı olmuş Aleks Sifuentes Nyu Yorkda keçirilən məhkəmədə deyib. Nieto 2012-2018-ci illərdə Meksikaya rəhbərlik edib və rüşvəti prezident seçildiyi il alıb. 
Qeyd edək ki, 61 yaşlı Quzman ötən il Meksikadan ABŞ-da ekstradisiya edilib. "Sinaloa" narkotik kartelinə rəhbərlik edən "El Chapo" ABŞ-a heroin, kokain və digər zərərli vasitələri idxal edirdi.
Gülşən