Misirin keçmiş prezidenti Hüsnü Mubarək yenidən həbs edilə bilər.
Məhkəmənin qərarına əsasən, Mubarək hərbi hospitaldan həbsxanaya qaytarılmalıdır. Təkrar məhkəmə isə mayın 11-ə təyin edilib. Keçmiş prezident sabiq daxili işlər naziri və təhlükəsizlik orqanlarının 6 rəhbər şəxsi ilə birgə 2011-ci ilin yanvar ayında yüzlərlə nümayişçinin qətlində təqsirləndirilir.