
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin işi üzrə məhkəmə həbsxanada keçiriləcək
ANS PRESS-in verdiyi məlumata görə, İslamabad admistratsiyası ona qarşı planlaşdırılan sui-qəsd amilini nəzərə alaraq, məhkəmənın həbsxanada keçirilməsi ilə bağlı göstəriş verib.
Sabiq prezident 2007-ci ildə musəlmanlara qarşı hərbi əməliyyatın gedişatı zamanı insanların kütləvi şəkildə həlak olmasında ittiham olunur.
"Davn" qəzetinin gizli mənbəyə istinadən verdiyi məlumata görə, ölkənin xüsusi xidmət orqanlarına terrorçuların Müşərrəfi öldürməyi planlaşdırmaları barədə məlumat daxil olub: "Hökümət də bunu nəzərə alaraq məhkəmənin həbsxanada kerçirilməsi ilə bağlı belə bir addım atıb"
Qəzetin verdiyi məlumata görə, vəkillər tələb olunan girov əvəzində P.Müşərrəfin azad edilməsini istəyirlər.
Qeyd edək ki, Pakistanın sabiq prezident Pərviz Muşarraf üç cinayət işi üzrə müttəhimlər kürsüsündə əyləşəcək. O, sabiq-baş nazir Benazir Bhuttonun ölümündə və Buqti qətlində və 2007-ci ildə Ali məhkəmə hakimlərinin həbs edilməsində ittiham olunur.
Qaynar.info