"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı", deyə o, qalmaqallı şərhində bildirmişdi.
Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildə "Bakı Metropoliteni" QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, "Bakı Metropoliteni" QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.
Əhməd
Şərhlər