Xəbər lenti

Saç ağarmasını ləngidən tərəvəzlər
Dünya14:45 16.02.2015

Saç ağarmasını ləngidən tərəvəzlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saç ağarması həm qadınları, həm də kişiləri narahat edən problemlərdir biridir. Gözəllik sektoru bu gün ağarmış saçları gizlətmək üçün bir çox üsullar təklif edir. Lakin saçları boyamaq saç ağarmasının qarşısını almır, sadəcə ağ telləri gizlədir. Tabloid.az xəbər verir ki, saç ağarmasını əslində bir az da ləngitmək mümkündür!

Saçın ağarmağa başlaması əslində genlərlə bağlıdır. Bəzi travmatik hadisələr də saçın daha tez ağarmasına səbəb olur. 

B vitamini saçların böyüməsində və gözəlliyində əhəmiyyətli yerə malikdir. Ona görə bu vitaminin çatışmazlığı saçların daha tez ağarmasına yol açır.

Siqaret çəkmək, qalxanabənzər vəzidən irəli gələn bəzi problemlər də erkən saç ağarmasının səbəblərindən biridir.

Qadınların saçı qurutmaq üçün sevərək istifadə etdiyi fen, boya və s. bir çox kimyəvi maddəyə məruz qalmaq da təəssüf ki saç ağarmasını sürətləndirir.

Amma saç ağarmasının qarşısını bəzi qidalarla gecikdirmək mümkündür. Tabloid.az xəbər verir ki, belə qidalara sağlamlıq mənbəyi olan yaşıl tərəvəzləri, saçlara faydalarını saymaqla bitməyən badamı, qadınların bitməyən məhəbbəti şokoladı, çiyələyi, gilası göstərmək olar.

Gündə bir stəkan yerkökü suyu içmək də saçların ağarmasının gecikdirir. Lakin bu tərəvəzin şirəsini mütəmadi içmək lazımdır, əks təqdirdə, bunun heç bir faydası olmayacaq.

Ümumiyyətlə, ağ saça rast gələn kimi tez qopardılır, ya da çoxalır deyə heç vaxt toxunulmur. İkinci variant doğru olandır. Çünki həqiqətən də ağ saç qoparıldığı zaman saçın kökündəki hüceyrələr yayılır və digər saç köklərinə də təsir edirlər.//tabloid.az

Qaynar.info