XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Saç kəsildikdən sonra həqiqətən daha sürətlə uzanırmı?
Sağlamlıq23:03 30.08.2026

Saç kəsildikdən sonra həqiqətən daha sürətlə uzanırmı?

Bir çox insan nə qədər tez-tez saçını kəsdirsə, saçların bir o qədər sürətlə uzanacağını düşünür. Lakin bu, geniş yayılmış yanlış fikirdir.

Qaynarinfo xəbər verir ki, “Grazia” nəşrinin yazdığına görə, saç kəsimi onların uzanma sürətinə təsir göstərmir. Çünki saç baş dərisində yerləşən saç follikullarından uzanır, qayçı isə yalnız artıq uzanmış hissəyə təsir edir.

Orta hesabla saç ayda təxminən 1–1,5 santimetr uzanır. Bununla belə, bu göstərici genetika, yaş, hormonal vəziyyət və orqanizmin ümumi sağlamlığından asılı olaraq dəyişə bilər.

Bəs niyə saç kəsildikdən sonra daha sürətlə uzanırmış kimi görünür? Bunun əsas səbəbi ucların qırılması və zədələnməsidir. Saçın haçalanmış və zədələnmiş ucları asanlıqla qırılır və nəticədə əldə edilmiş uzunluq tədricən itirilir. Zədələnmiş hissələr kəsildikdən sonra saç daha qalın və baxımlı görünür, daha az qırılır və uzunluğunu daha yaxşı qoruyur.

Saçı nə qədər tez-tez kəsmək lazımdır?

Saçın kəsilmə tezliyi məqsəddən və onun vəziyyətindən asılıdır. Qısa saç düzümləri adətən hər 6–8 həftədən bir düzəliş tələb edir. Saçını uzatmaq istəyənlər üçün isə zədələnmiş ucları təxminən 3–4 aydan bir kəsdirmək kifayətdir.

Saçların sağlam uzanmasına kəsimdən daha çox düzgün qidalanma, kifayət qədər zülal, vitamin və mineral qəbulu, keyfiyyətli yuxu, stressin azaldılması və baş dərisinə düzgün qulluq təsir göstərir.

Həmçinin isti ilə saç düzləşdirmə və burma kimi prosedurlardan, həddindən artıq boyamadan və saçları zədələyə biləcək digər müdaxilələrdən sui-istifadə etməmək vacibdir.

Beləliklə, saç kəsimi öz-özlüyündə onun daha sürətlə uzanmasına səbəb olmur. Lakin müntəzəm kəsim saçların qırılmasını azaltmağa və uzunluğunu qorumağa kömək edir. Buna görə də saçların uclarını vaxtaşırı kəsdirmək onların daha sağlam və baxımlı şəkildə uzanmasına şərait yarada bilər.

Aydın