Xəbər lenti

Şagird sinif yoldaşını döyüb öldürdü
Dünya07:16 01.10.2013

Şagird sinif yoldaşını döyüb öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tacikistandakı məktəblərin birində faciə baş verib, 9-cu sinif şagirdi sinif yoldaşını öldürüb.

Bu barədə "Azadlıq" radisonun yerli şöbəsi "Radio Ozadi" məlumat verib. 


ANN.Az-ın verdiyi xəbərə görə, insident şənbə günü, Qaşqarxardakı 50 nömrəli məktəbdə baş verib. Dərs zamanı biologiya müəllimi telefona cavab vermək üçün bir neçə dəqiqəlik sinifdən çıxıb. Sinifdən çıxan zaman o, yeniyetmələrə tapşırıb ki, səs salmasınlar.

Müəllim sinifdən çıxan kimi dərhal səs-küy baş qaldırıb. Şagirdlərdən biri sinif yoldaşlarını sakit olmağa çağırıb. Şagirdlərdən birinə isə onun belə danışması xoş gəlməyib və o, sinif yoldaşını yumruqlamağa başlayıb (zərbələrdən biri yeniyeetmənin başına dəyib). Nəticədə isə şagir yerindəcə ölüb. Verilən məlumata görə, şagirdin ölümünə səbəb beyinə qan sızması olub.

Qətli törədən 9-cu sinif şagirdi dərhal Fayzabad rayon polis şöbəsinə aparılıb.

Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2012-ci ildə ölkədə yeniyetmələrin törətdiyi 575 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin əsas motivi oğurluq, həmçinin zorlama və qətllərdir.

Ölkənin bəzi məktəblərində əsayişi qorumaq üçün xüsusi mühafizəçilər xidmət göstərir. Ancaq bu, dövlət büdcəsində nəzərdə tutulmayıb. Pulu şagirdlərin valideynləri öz aralarında toplayırlar.

Qaynar.info