
Avqust ayının 21-də ABŞ-ın Kanzas ştatının Bonner-Sprinqs şəhərində məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.
Qaynar.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avtobusda 36 şagird və sürücü olub.
Şagirlərin 29-u xəsarət alıb.
Həkimlərin sözlərinə görə, şagirdlərdən dörd qızın vəziyyəti kritik olaraq qalır, beşinin vəziyyəti ağırdır.
Hələ ki, qəzanın baş vermə səbəbləri məlum deyil.
Qaynar.info