Sağlamlıq 23:10 15.03.2024

Sağlam qidalanma qocalma sürətini ləngidir - Alimlər

Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, sağlam qidalanma demensiyanın inkişaf riskini azaldır və bioloji qocalma sürətini ləngidir. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Annals of Neurology" jurnalında dərc olunub.

Tədqiqatda demans əlamətləri olmayan 60 yaşdan yuxarı 1644 insan iştirak edib. Onlar alimlərə qidalanma vərdişləri və sağlamlıqları haqqında məlumat verib, idrak qabiliyyətlərini qiymətləndirmək üçün testlər keçirib və qan testləri aparıblar. Qeyd olunur ki, müşahidə dövründə iştirakçılar aralarında dörd ildən yeddi ilədək olan fasilə ilə doqquz belə imtahan keçiriblər.

Tədqiqat zamanı 140 iştirakçıda demans inkişaf edib. Müəyyən qidalanma vərdişləri ilə bu xəstəliyin inkişaf riski, eləcə də orqanizmin qocalma sürəti arasındakı əlaqəni qiymətləndirmək üçün alimlər DunedinPACE adlı epigenetik saatdan istifadə ediblər. Bu alət bir sıra DNT markerlərini təhlil etməyə və toxumaların, hüceyrələrin və ya orqanların bioloji yaşını təyin etməyə imkan verir.

Nəticələr göstərib ki, sağlam pəhriz (pəhrizdə çox işlənmiş qidaların miqdarını minimuma endirmək, alkoqoldan qaçmaq, duz və şəkər qəbulunu balanslaşdırmaq) demensiyanın inkişaf riskinin 27% azalması ilə əlaqələndirilir. Sağlam qidalanma vərdişlərinin yaşlandıqca zamanla yığılan geniş molekulyar və hüceyrə ziyanını yavaşlatdığı da sübut edib.

Aydın