Xəbər lenti

"Sahibi olmayan futbol topu kimi qonşuların meydanındayıq, haqqımızda qərar gözləyirik" - Hovhannisyan
Dünya12:02 25.07.2022

"Sahibi olmayan futbol topu kimi qonşuların meydanındayıq, haqqımızda qərar gözləyirik" - Hovhannisyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz fərqinə varmırıq, amma ölkə tamamilə sahibsiz qalıb. Bütün proseslər avtopilota idarə olunur. İctimai əhval-ruhiyyə idarəolunmazdır. Bütöv bir dövlətin heç bir məqsədi, formullaşdırılmış fəaliyyəti yoxdur. Xarici, daxili, iqtisadi siyasət yoxdur. Hökumət əleyhinə olan əhval-ruhiyyənin də sahibi yoxdur (müxalifəti nəzərdə tutur-red). Ərdoğanla telefon danışığı belə faydasızdır. Hətta ictimai, kütləvi sosial gündəmlər sahibsizdir".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanda fəaliyyət göstərən "Alternativ layihələr qrupu”nun rəhbəri Vahe Hovhannisyan deyib. 
Vahe Hovhannisyan ölkədə vəziyyətin çox pis olduğunu bildirib: "Nikol Paşinyan ona məlum olan gündəmlə bizim hesabımıza yaşayır, amma yenə də bizsiz. Hakimiyyət formalaşdırdığı həyatdan, məclislərdən, konsertlərdən, qastrollardan həzz alır. Lakin baş verənləri, əraziləri, sərhədləri və dövlətin digər problemlərini unudub. Qarşılarına kimi çıxırsa deyirlər "xalq bizə səs verib". Biznes elitası milyonlarla dollar xərcləyərək özbaşınalıq edir. Etiraz edən kimi deyirlər: Vergi ödəyirik, iş görürük, nə istəsək edəcəyik. Və Ermənistan kimi dövlətlərin vergilərdən əlavə yazılmamış qanunları, əxlaq normaları, birgəyaşayış qaydaları olduğunu deyəcək heç bir orqan yoxdur. On minlərlə ailənin dolanışıq problemi ilə üzləşdiyi aydındır ki, bahalı müalicəyə ehtiyacı olan yüzlərlə insanlar var. Hələ də morqlarda oğulunun, qardaşın, ərinin cəsədini axtaran xeyli sayda soydaşımız var. İtkin düşənlərin böyük siyahısı, Bakı həbsxanalarında saxlanılan oğlanlarımız  var. 
"İrəvanda keçirilən bahalı konsertlərin ilk cərgələrində hökumətin əsas fiqurları durur. Nə olursa-olsun deyəcəklər ki, həyat davam edir, inkişaf edirik. Əlbəttə, həyat davam etməlidir, amma bu dəqiqə komada olan nə qədər əsgərimiz var. Neçəsi yaşamaq üçün canıyla oynayır və aclıqla qarşılanmış neçə minlərlə ailə var. Müharibədən sonra insanların hökümətin dəstəyinə ehtiyacı var.
Bütöv ictimai təbəqə Qarabağın, Sünikin, dövlətçiliyin, bütün itkilərin, iqtidarın, müxalifətin itirilməsinə biganədir. Onlar ümumi, ictimai, ümummilli hər şeyə biganədirlər. Belə çıxır ki, hamı haqsızdır, amma dövlət gündən-günə ölür. Deyə bilərsinizmi bu ölkənin sahibi kimdir? Bu sualın cavabı əslində mürəkkəb deyil. Ölkənin sahibi fərd, axtarışda olan lider və ya siyasi komanda deyil. Ölkənin ağası kollektiv şüur, başqa dəyərlərin, başqa ideyaların, başqa oyun qaydalarının hökmranlığıdır. Hələlik isə baş verənlər yazıq bir xalqın deqradasiyasıdır.
Biz indi sahibi olmayan futbol topu kimi qonşu dövlətlərin meydanındayıq, haqqımızda yekun qərarı gözləyirik. Ölkəmizə sahib çıxmasaq, yeni sahibi kənardan gələcək. Bu, mübaliğə deyil. Bu, Ermənistanın ehtimal olunan ssenarilərindən biridir. Amma bunun əksi antitürkçilik, "biz yolların açılmasına qarşıyıq" demək deyil və qonşularla dialoqu istisna etmirik.
Biz gələcəyimiz olsun deyə türkləşib və ümidsiz bir məişət kütləsinə çevrilməmək istəyirik, ona görə də ölkənin bütün fəlakətləri, reallıqları, çətinlikləri ilə ayağa qalxmalıyıq. Sahib şüuru ilə reallığı qəbul edib müasir dövlət quruculuğuna başlamaq lazımdır. Bunun üçün lazım olan əsas resurslar mövcuddur”, deyə Vahe Hovhannisyan fikirini bildirib.
Telman