Xəbər lenti

Şahmatçılarımız dünya çempionatında iştirak edəcək
İdman08:58 06.10.2014

Şahmatçılarımız dünya çempionatında iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 6-da Hindistanın Puna şəhərində 20 yaşadək yeniyetmə şahmatçılar arasında dünya çempionatı başlayacaq.

Qaynar.info xəbər verir ki, mundial İsveçrə sistemi üzrə 13 turda keçiriləcək.

Açıq çempionatda (yuniorlar arasında) 139 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edəcək. Yarışda Azərbaycanı qrossmeysterlər Nicat Abbasov və Ülvi Bacarani təmsil edirlər.

Yeniyetmə qızların çempionatında 78 şahmatçı, o cümlədən beş qrossmeyster mübarizə aparacaq. Yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Səbinə İbrahimova təmsil edəcək.

Çempionat oktyabrın 19-da başa çatacaq.

Qaynar.info