Xəbər lenti

Şahzadə Diana ilə bağlı ŞOK İDDİA
Dünya14:54 11.10.2013

Şahzadə Diana ilə bağlı ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şahzadə Diananın şübhəli ölümü ilə bağlı son vaxtlar məlumatlar dərc edən ingilis qəzetləri bu dəfə ortaya şok iddia atıblar.

Qaynar.info
-nun məlumatına görə, "Daily Star" qəzeti 36 yaşlı şahzadənin müsəlman sevgilisi Dodi fayeddən hamilə qaldığı üçün öldürüldüyünü yazıb.

Qəzet bildirib ki, Diana yaralı olan zaman onu xilas etmək istəyən həkim onun bətnində 6-10 həftəlik döl aşkarlayıb.

"Diana öldürüldü, çünki Dodinin uşağını dünyaya gətirəcəkdi" deyə qəzet yazıb.

Yazar Alan Pouer şahzadənin hamilə olduğu ortaya çıxmasın deyə mumyalandığını iddia edib. Digər tərəfdən həkim Elizabet Dion və tibb bacısı Joselin Magellan onun hamilə olduğunu gördüklərini bildiriblər.

Alan Pouer Diananın hamilə olduğu üçün SAS komandosları tərəfindən öldürüldüyünü də bildirib.

Qaynar.info