Xəbər lenti

Şahzadə Diananın ölümü barədə yeni məlumat
Dünya08:11 19.08.2013

Şahzadə Diananın ölümü barədə yeni məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

CNN Uels şahzadəsi Diana ilə misirli iş adamı Dodi əl-Fayedin həlak olduğu yol nəqliyyat hadisəsi barədə yeni məlumatların alındığı barədə xəbər yayıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, polis əmin edib ki: "Bu, işin yenidən araşdırılması deyil". Məlumatda deyilir ki, alınan məlumatın doğruluğu xüsusi şöbə tərəfindən yoxlanılır. Həmin məlumatın məzmunu rəsmi olaraq açıqlanmır. 

Şahzadə Diana, Dodi əl-Fayed və sürücü Anri Pol 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün yanındakı tuneldə avtomobilin tunelin divarına çırpılması nəticəsində ölmüşdülər. Rəsmi məlumata görə, qəza zamanı sürücü sərxoş olub və sürəti artırıb, bu səbəbdən də avtomobili dayağa çırpıb. 

Qaynar.info