Aktrisa Meqan Marklla evlənməyə hazırlaşan Böyük Britaniya şahzadəsi Harri 2 köhnə sevgilisini toya dəvət edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Harri 7 il münasibətdə olduğu Çelsi Deyvis və 2 il sevgili qaldığı Kressida Bonası dəvətli şəxslər sırasına əlavə edib.
Aktrisa Meqan Markl isə 2011-2013-cü illərdə evli olduğu Trever Engelsonu toya dəvət edib.
Qeyd edək ki, toy mərasimi televiziya ilə canlı yayımlanacaq.
Gülşən