Sasseks Şahzadəsi Harri Rusiya əleyhinə nəhəng hərbi təlimdə iştirak edəcək.
Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, Norveçdə baş tutacaq hərbi təlimdə 1000 nəfərlik Elit Kral Donanması Komandirləri iştirak edəcək. Şahzadə Harri təlim ərazisinə bir neçə günlük səfər edəcək. Təlim 12 həftə davam edəcək və Skandinaviya ölkələrinin Rusiya işğalı əleyhinə müdafiə hazırlığı məzmunu daşıyır.
Bu, Böyük Britaniyanın Arktik bölgədə son 20 ildə ən böyük hərbi təlimidir.
Gülşən