Xəbər lenti

Şahzadə Harrinin Covid-19 açıqlaması mütəxəssisləri qəzəbləndirdi
Dünya15:45 19.04.2020

Şahzadə Harrinin Covid-19 açıqlaması mütəxəssisləri qəzəbləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük britaniya Şahzadəsi Harri hesab edir ki, vətənində koronavirus epidemiyası ilə bağlı vəziyyət medianın yazdığı qədər ağır deyil. 
Qaynarinfo xəbər verir ki, o bu barədə CNN-ə audio müsahibəsində deyib.
Söhbət əsnasında Harri qeyd edib ki, İngiltərədə baş verənlər "bəzi media nümayəndələrinin bizə təqdim etdiklərindən daha yaxşı olduğunu" sübut edir. O, xüsusən də, Böyük Britaniya təbəələrinin karantin şəraitidndə yaşamalarına baxmayaraq, ruh yüksəkliyini qeyd edib. Bundan əlavə, o, İngiltərə ictimaiyyətinin pandemiyaya reaksiyasından olduqca fəxr etdiyini bildirib.
O, həmçinin pandemiya şəraitində Milli Səhiyyə Xidməti üçün 23 milyon funt sterlinq pul toplayan 99 yaşlı Tom Muru da xatırladıb. Onun sözlərinə görə, bir milli gözəl milli xüsusiyyəti odur ki, bütün britaniyalılar lazım olduğu vaxt yardımlaşa bilirlər.
Ancaq şahzadənin ifadələri mütəxəssislər tərəfindən soyuq qarşılanıb. Belə ki, onun fikirləri professor Kerol Sikora tərəfindən eybəcər adlandırılıb. O, şahzadə Harrinin bu cür açıqlamalar vermək üçün bu mövzuda kifayət qədər naşı olduğunu qeyd edib. O, II Yelizavetanın nəvəsinin ehtiyac olan vaxtda öz "ölkəsini tərk etdiyini də vurğulayıb.
Harrinin sözləri Milli Tibbi Yardım Assosiasiyasından olan Nadra Əhmədin də xoşuma gəlməyıb. Şahzadə Harri əslində vəziyyətin necə olduğundan xəbərsizdir.
Qeyd edək ki, hazırda Şahzadə Harri həyat yoldaşı Meqan Markl ilə Los-Ancelesdədir.