Xəbər lenti

Şahzadə Haya barədə yeni iddialar: ərinin öldürülməsi üçün muzdlu qatil tutub
Dünya11:19 18.12.2019

Şahzadə Haya barədə yeni iddialar: ərinin öldürülməsi üçün muzdlu qatil tutub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dubay əmiri Məhəmməd İbn Rəşid əl Məxtumun 6 həyat yoldaşından biri olan şahzadə Hayanın ərini öldürtmək üçün muzdlu qatil tutmasıyla bağlı iddialar ortaya çıxıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, iddialara əsasən Hayanın mühafizəçi sevgilisi Rasl Flavers təqaüddə olan bir ingilis agentinin köməkliyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində cinayət aləmindən olan biri ilə əlaqə qurub. Şahzadənin ailəsinin də bu məsələni dəstəklədiyi, ingilis kəşfiyyat xidmətlərininsə məsələdən xəbərdar olduqları, lakin Dubay administrasiyasına hər hansı bir məlumat verilmədiyi bildirilir.
Xatırladaq ki, Dubay əmirinin həyat yoldaşı bir müddət əvvəl uşaqları ilə birgə ölkədən Almaniyaya qaçmış, buradan da Londona keçmişdi. Onun Birləşmiş Krallıqdakı "Mission Enterprise Limited" təhlükəsizlik şirkətində çalışan bir mühafizəçi ilə sevgili olduğu deyilir. Daha sonra Haya İngiltərə Ali Məhkəməsindən "məcburi nikahdan qorunma" tələb etmiş, özü və uşaqlarının həyatının təhlükədə olduğunu bildirərək, sığınacaq istəmişdi. Onun bu tələbi rədd edildikdən sonra qardaşı, İordaniya kralı Abdullah hərəkətə keçmiş və şahzadə Hayanı İordaniyanın bu ölkədəki səfirliyinə diplomat təyin etmişdi. Dubay şeyxi isə İngiltərə hökumətindən həyat yoldaşının deportasiya edilməsini tələb etmiş, əks-təqdirdə bu ölkədəki investisiyalarını geri çəkəcəyi ilə hədələmişdi. Bundan sonra İngiltərə məhkəməsi şahzadə Haya və 2 uşağının mühafizəsi ilə bağlı qərar çıxarmışdı.
Qeyd edək ki, Şeyxin 33 yaşlı qızı Şahzadə Lətifə də ötən il qaçmağa cəhd göstərmiş, lakin saxlanılaraq ölkəsinə geri qaytarılmışdı.
Camal