Səudiyyə Ərəbistanında ötən ay korrupsiya əməliyyatı çərçivəsində həbs edilən şahzadələrdən olan Əl Valid İbin Talalın azad edilməsi üçün 6 milyard dolların tələb edildiyi iddia olunub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, tələb Səudiyyə Ərəbistanı höküməti tərəfindən edilib.
Dünyanın ən varlı 57-ci şəxsi olan 62 yaşlı şahzadənin "Twitter", "Apple" kimi şirkətlərdə hissələri var. Onun sərvətinin 18 milyard ətrafında olduğu deyilir.
Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salmanın rəhbərlik etdiyi əməliyyat zamanı çox sayda şahzadə, nazir və sabiq nazir həbs edilib.
Gülşən