Xəbər lenti

Şahzadənin toyuna xalq dəvət olundu
Dünya07:24 03.03.2018

Şahzadənin toyuna xalq dəvət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərədə Uels şahzadəsi Harrinin amerikalı aktrisa Meqan Markle ilə may ayında baş tutacaq toyuna xalq arasından da dəvətlilərin qatılacağı açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, Kensinqton sarayından bildirilib ki, xalq arasından fərqli yaş qrupları üzrə 1200 nəfər toya dəvət olunacaq. 19 mayda keçiriləcək toyda ümumilikdə 2640 nəfər iştirak edəcək.
Xalq arasından dəvət edilənlər xeyriyyə təşkilatının nümayəndələri, şagirdlər, kral ailəsi üçün çalışanlar Vinzor şəhərinin sakinləri olacaq. Saraydan verilən açıqlamada bildirilir ki, şahzadə Harri və Markle "xalqın toy şənliklərinin bir parçası olmasını istəyib. Bu toy bütün toylar kimi gəlin və bəyin xarakterlərini, dəyərlərini nümayiş etdirən xoşbəxtlik anı olacaq".
Aydın