Dünyaca məşhur müğənni Şakira “Facebook”da rekord qırıb. Anspress-in məlumatına görə, 37 yaşlı Latın Amerikalı müğənni Şakira “Facebook”da indiyə qədər ən çox bəyənilən məşhur olub.
Müğənni bununla bağlı səhifəsində pərəstişkarlarına təşəkkür videosu yayımlayıb.
Məşhurluğun ən yüksək səviyyəsinə çatan latın amerikası gözəli “Facebook”un onunla pərəstişkarları arasındakı rolundan danışıb:
"Belə bir zirvəyə qalxdığım üçün şərəf duyuram. Bu şəbəkə dünyanın dörd bir yanındakı pərəstişkarlarımla ünsiyyət qurmağımda mənə kömək edir. "Facebook" mənə, eləcə də başqa sənətçilərə səhnə və tamaşaçılar arasındakı boşluğun doldurulmasına kömək olur. Həm sənətçilər, həm də pərəstişkarların bir-birləriylə düşüncələrini, uğurlarını, fotoşəkil və videolarla həyatlarındakı ciddi anlarını paylaşa bilir."