ABŞ prezidentinin müşaviri Ceyk Sallivan prezident Volodimir Zelenskinin komandasına Rusiya Federasiyası ilə dialoq üçün real tələblər, o cümlədən Kiyevin Krımla bağlı mövqeyinə yenidən baxılması barədə düşünməyi tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” mənbələrə istinadən
yazır.
İki məmurun sözlərinə görə, Sallivan bu təklifi noyabrın 4-də Kiyevə səfəri zamanı edib. Nəşr iddia edir ki, Vaşinqton Ukraynaya açıq şəkildə bildirib ki, Kiyev heç olmasa danışıqlar yolu ilə həllə açıq görünməlidir.
"Cənab Sallivan cənab Zelenskinin komandasına Rusiya Federasiyası ilə dialoq üçün real tələblər, o cümlədən Kiyevin Krımla bağlı mövqeyinə yenidən baxılması barədə düşünməyi tövsiyə edib”, - mənbələr bildiriblər.
KİV-in məlumatına görə, ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrinin həm strateji, həm də diplomatik əhəmiyyət kəsb edən Xerson döyüşünü qazanacağı təqdirdə, Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqlarının başlanmasını ehtimal edirlər.
Nizami Bağırov