Xəbər lenti

Salman Raduyevin yaxın adamı həbs olundu
Dünya16:15 01.03.2013

Salman Raduyevin yaxın adamı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada keçmiş çeçen səhra komandirlərindən biri olan Salman Radiyevin köməkçisi Ruslan Koriqov həbs edilib. 

Qaynar.info xarici mediaya istinadən xəbər verir ki, Koriqovu reketlikdə, sifarişli qətllər törətməkdə, silahlı basqın və soyğunçuluqda günahlandırırlar.

Qeyd edək ki, Ruslan Koriqov 1994-cü ildə Moskvada saxta bank rekvizitləri satmağa cəhd edərkən həbs edilmişdi. Üç ildən sonra Salman Raduyev onu əsir düşmüş iki rus əsgərinə dəyişmişdi.

Qaynar.info