Xəbər lenti

Salome Zurabişvili:
Dünya 18:05 19.12.2024

Salome Zurabişvili: "Mən yeni Tixanovskaya olmaq istəmirəm"

Prezidentlik müddəti dekabrın 29-da başa çatacaq Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya kimi mühacirətdə yaşayan siyasətçi olmaq istəmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısı "TVP World" telekanalına bildirib.

"Mən Tixanovskaya və ya Venesuela prezidenti (Venesuela prezidentliyinə namizəd Edmundo Qonzales-red.) olmaq təkliflərini görürəm, onlar mühacirətdə olduqları zaman tanındılar. Mən bunu istəmirəm", deyə o, vurğulayıb.

Zurabişvilinin sözlərinə görə, onun Gürcüstanı tərk etmək niyyəti yoxdur. Prezident əlavə edib ki, indi dəstəyə ehtiyacı var.

Noyabrın 28-dən Tiflisdə və Gürcüstanın digər şəhərlərində hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra etirazlar keçirilir. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar "qrant və kreditlərdən şantaj vasitəsi" kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib.

Dekabrın 14-də Gürcüstanda yeni sistem üzrə prezident seçkiləri keçirilib: ilk dəfə olaraq dövlət başçısını vətəndaşlar deyil, 300 nəfərdən ibarət seçki kollegiyası - ölkə parlamentinin, muxtar respublikaların və yerli deputatların məsləhət orqanları seçib. Qalib yeganə namizəd (hakim Gürcü Arzusu Partiyasından) Mixail Kavelaşvili olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->