Böyük Britaniya sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalı Salzböri ərazisində zəhərləməkdə şübhəli bilinən 3-cü şəxsin adının müəyyənləşdirildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, mediaya adı açıqlanmayan həmin şəxs hadisədə istifadə edilən "Noviçok" maddəsi ölkəyə gətirilməmişdən əvvəl hücumu planlaşdırıb və məlumatları Rusiyaya ötürüb.
Qeyd edək ki, digər iki şübhəli Aleksandr Petrov və Ruslan Boşirovdur. Ötən günlərdə Ruslan Boşirovun Rusiyanın hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa olması barədə məlumatlar yayılıb.
Gülşən