Xəbər lenti

Sam Altman "OpenAI" direktorlar şurasına qayıdır
Dünya07:38 09.03.2024

Sam Altman "OpenAI" direktorlar şurasına qayıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"OpenAI"nin baş direktoru, ChatGPT-nin yaradıcısı Sam Altman şirkətin direktorlar şurasına qayıdacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "OpenAI"nin mətbuat xidməti məlumat yayıb.
Altmanın direktorlar şurasına qaytarılması qərarı "WilmerHale" hüquq firmasının auditindən sonra qəbul edilib. Bundan əlavə, "OpenAI" rəhbərləri şirkətin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləyiblər. Xüsusilə, yeni korporativ idarəetmə təlimatları qəbul edilib, bütün işçilərin və podratçıların anonim məlumatlandırılması üçün qaynar xətt yaradılıb.
"WilmerHale"in bildirdiyinə görə, Altmanın direktorlar şurasından uzaqlaşdırılması əvvəlki idarə heyəti ilə baş direktor arasında münasibətlərin pozulması və etibarın itirilməsi nəticəsində baş verib.
17 noyabr 2023-cü ildə "OpenAI"nin direktorlar şurası Sam Altmanı idarə heyəti ilə qarşılıqlı əlaqədə "səmimi olmadığına" görə işdən çıxarmaq qərarına gəlib. Konkret səbəb açıqlanmayıb. Altman işdən çıxarıldıqdan iki həftə sonra baş direktor vəzifəsinə qayıtıb, lakin direktorlar şurasına deyil.
Aydın