Xəbər lenti

Şamaxı Rəsədxanasının ətrafındakı binalarla bağlı araşdırmalara başlandı
Ölkə06:29 24.12.2013

Şamaxı Rəsədxanasının ətrafındakı binalarla bağlı araşdırmalara başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ətrafında tikilən 2 mərtəbəli binanın rəsədxananın fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb.


APA-nın verdiyi məlumata görə, bu barədə AMEA-nın vitse-prezidenti Akif Hacıyev bildirib.
 
A. Hacıyev deyib ki, məktubun sürəti AMEA-ya da təqdim olunub.
 
Məktubda FHN-ə tikinti şirkəti və astrofiziklərlə birlikdə məsələnin araşdırılması tapşırılıb.
 
A. Hacıyev artıq astrofiziklərin rəy hazırladıqlarını nəzərə çatdırıb: “Bu rəylər AMEA-nın prezidenti Akif Əlizadəyə təqdim edilib. Bu rəylərdə qeyd edilib ki, rəsədxana ərafındakı binaların işıqları gecələr teleskopun fəaliyyətinə problem yaradır”.

Qaynar.info