Xəbər lenti

Sami Yusuf Bakıda konsert verdi - FOTO
Maqazin06:01 15.03.2015

Sami Yusuf Bakıda konsert verdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 14-də Heydər Əliyev Sarayında Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf geniş konsert proqramı ilə çıxış edib. "Sarı gəlin” adlanan konsert “Kevents group”un təşkilatçılığı ilə reallaşıb. 
Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.
Onu yerli musiqiçilər müşayiət edib. Konsertdə, həmçinin “Natiq” ritm qrupu da çıxış edib.
Konsertdə maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə sərməsi olub. Müğənninin bu jesti tamaşaçılara xoş təsir bağışlayıb.
Tamaşaçıların təkidi ilə konsertin repertuarından əlavə bir neçə mahnı oxuyan müğənninin ifaları alqışlarla müşayiət olunub.
Qeyd edək ki, Sami Yusuf eyni konsert proqramı ilə martın 15-də də çıxış edəcək.
Məlumat üçün bildirək ki, Tehranda dünyaya göz açan əslən azərbaycanlı olan Sami Yusufun Bakıda ilk konserti 2006-cı ildə keçirilib.//AzərTAc 
Qaynar.info